TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
İnternet, təbiət etibarilə geniş sərhədlər üzərində qurulduğu üçün fırıldaqçılıq, virus yoluxması, səlahiyyətsiz istifadə
və şəxsi məlumatların ələ keçirilməsi kimi zərərli hücumlara məruz qalma riski daşıyır.
“Tiko Azərbaycan” MMC bu riskləri minimum səviyyədə saxlamaq üçün texnologiyanın imkan verdiyi bütün tədbirləri həyata keçirir.
Ödəniş xidməti istifadəçisi olaraq aşağıda qeyd olunan mövzular haqqında məlumatlı olmağınız və bu tələbləri
gözləməyiniz internet üzərindən aparacağınız əməliyyatlardan daha təhlükəsiz şəkildə yararlanmağınıza kömək edəcəkdir
-
İnternet brauzerinin ünvan sətrində görünən yaşıl qıfıl simvolu, saytımızın “Tiko Azərbaycan”
MMC-yə aid olduğunu və təhlükəsiz şəkildə istifadə edilə biləcəyini göstə
-
Digər internet saytlarında və ya elektron poçtlarda yer alan keçidlərə etibar etməyin və bu keçidləri istifadə edərək daxil olmayın;
-
Şəxsi kabinetinizə internet səhifəmiz üzərindən daxil olmaq istədiyiniz zaman, birdəfəlik şifrə qeydiyyatdan keçdiyiniz mobil telefon
nömrəsinə SMS məluamtlandırma ilə göndərilir. Əgər birdəfəlik şifrəsinin sizə göndərilməsində problem yaşayırsınızsa,
dərhal (994) 12 597 4872 nömrəli çağrı mərkəzimiz ilə əlaqə saxlayın;
-
Ödəniş akrtı məlumatlarınızı, şifrənizi qorumaq və gizli saxlamaq vacibdir.
Şifrənizin üçüncü şəxslər tərəfindən istifadə olunması nəticəsində yarana biləcək zərər və itkilərə görə “Tiko Azərbaycan” MMC məsuliyyət daşımır;
-
Ödəniş xidməti istifadəçisi olaraq hüquq və vəzifələriniz şirkətimizlə imzalamış olduğunuz İstifadəçi müqaviləsində yer alır. Fırıldaçqılıq
hallarına məruz qalmamaq üçün ödəniş kartı məlumatlarınızı, şəxsi kabinetə girişdə istifadə edilən məlumatları Şirkət əməkdaşı da daxil olmaqla,
heç kimlə paylaşmayın;
-
Fırıldaqçılqı əməliyyatlarına dair şübhə yaranarsa, dərhal (994) 12 597 4872 nömrəli çağrı mərkəzinə zəng edərək məlumat verməyiniz tələb olunur;
-
Məlumatlarınızı cüzdanınızda və ya çantanızda yazılı şəkildə daşımayın.
Mütləq yadda saxlayın və şifrə məlumatlarının yazılı olduğu sənədləri başqalarının əlinə keçə biləcək yerlərdə saxlamayın.
Sistemdə giriş edərkən, klaviaturanı və ya ekranı izləyən şəxslərin olub-olmamasına diqqət edin;
-
“Tiko Azərbaycan” MMC heç vaxt müştərilərindən şifrələrini istəmir, şəxsi məlumatlarını tələb etmir və ya onların yenilənməsini
istəyən müraciətlər (SMS, elektron poçt məktubu və s.) göndərmir;
-
Ödəniş kartınızın itirilməsi, oğurlanması və ya səlahiyyətsiz formada istifadə edilməsin müəyyən etdikddə dərhal emitenti məlumatlandırmalısınız.
Eyni zamanda (994) 12 597 4872 nömrəli çağrı mərkəzinə zəng edərək məlumat verməlisiniz;
-
Xidmət alışı zamanı yaşadığınız problemlərlə bağlı şikayətlərinizi
(994) 12 597 4872 nömrəli çağrı mərkəzinə zəng edərək və ya internet səhifəmizdəki “Əlaqə” bölməsindən bizə bildirə bilərsiniz.
Təklif olunan xidmətlərə dair məlumatlara, fasilələrə, elan və xəbərdarlıqlara internet səhifəmizdən baxa bilərsiniz və ya çağrı
mərkəzimizə zəng edərək məlumat ala bilərsiniz;
-
Rəsmi internet ünvanımız və (994) 12 597 4872 nömrəli çağrı mərkəzimiz xaricindəki hər hansı kanaldan gələn məlumatlara etibar etməyin.
Aktual Virus Hücumları
Kompüterləriniz, ağıllı telefonlarınız və planşetləriniz müxtəlif yollarla virusa məruz qala bilər:
- Saxta elektron ünvan keçidləri;
-
Axtarış sistemlərində yerləşdirilən saxta səhifə keçidləri;
-
İnternet səhifələrdə, habelə sosial şəbəkələrdə etibarsız reklam və sponsor keçidləri;
-
Şirkət tərəfindən göndərilmiş kimi görünən SMS məluamtlandırma mətnlərindəki saxta keçidlər;
-
Mobil tətbiq mağazalarından yüklənən saxta proqramlar və s.
Mobil cihazlarınıza rəsmi tətbiq mağazalarından kənar mənbələrdən proqram yükləməyin.
Mobil cihazınızda etibarsız və ya naməlum mənbələrdən tətbiq yükləməyə icazə verən funksiyaları deaktiv edin.
Virus yaymaq məqsədi ilə göndərilən elektron məktublarda saxta, yüksək məbləğdə borc hesabı göstərilə və şəxsi kabinetin detalları
üçün elektorn məktub əlavəsindəki keçidi açmağınız istənilə bilər. Belə elektron məktublara inanmayın və əlavədəki faylları açmayın.
Kompüterinizdə mütləq antivirus proqramı quraşdırın.